Bərdədə gənc qızı zəncirləməkdə təqsirləndirilən Ruslan Rzayev və onun sevgilisi Ş.Yusifzadənin cinayətinin təfərrüatı məlum olub.
Pravda.az-ın əldə etdiyi istintaq materiallarında qeyd edilib ki, R.Rzayev Ş.Yusifzadə ilə qeyri-rəsmi ər-arvad münasibətlərində yaşayıb.
İttiham aktından görünür ki, R.Rzayev 2021-ci il iyulun 22-də sevgilisinin qızı, 2003-cü il təvəllüdlü Ə.Yusifzadəni ayağından Bərdə şəhərində yerləşən yataqxanada ümumi istifadədə olan sanitar qovşağında zəncirlə dəmir boruya bağlayıb.
O, saat 11 radələrində qızın evə gec gəlməsini bəhanə edib, tərbiyələndirmək məqsədilə saçından tutaraq, mənzildəki sanitar qovşağına gətirib. Daha sonra R.Rzayev oradakı daşla onun başına, yumruğu ilə qarın və sinə nahiyələrinə zərbələr endirib.
R.Rzayev sanitar qovşağını tərk etdikdən sonra 10-15 dəqiqə fasilələrlə iki dəfə geri qayıdaraq əlindəki siqaretin közünü Ə.Yusifzadənin sağ ayağına basıb, sanitar qovşağındakı plastik balonun içərisindəki soyuq suyu onun başından aşağıya töküb. Bundan başqa, o, qızın saçından tutaraq başını bir neçə dəfə divara vurub.
İttiham aktına görə, R.Rzayev cinayət əməlini sevglisi, qızın doğma anası Ş.Yusifzadə ilə birgə törədib.
Belə ki, R.Rzayev Ə.Yusifzadəni zəncirlə bağlayarkən istifadə etdiyi qıfılın açarını Ş.Yusifzadə verib, daha sonra isə özü yataqxananı tərk edib. Anası Ə.Yusifzadəni uzun müddətə - həmin gün saat 23:20 radələrinədək eyni vəziyyətdə saxlayıb, qidadan, sudan məhrum edib. Həmçinin qadın qızını pis qoxulu yerdə tənəffüs etməyə məcbur edib.
R.Rzayev məhkəmədə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadə verən zaman deyib ki, Ə.Yusifzadə yüngül həyat tərzi keçirirmiş, papiros çəkirmiş, tanımadığı oğlanlarla gecələr evi tərk edirmiş: “Mən və anası həmişə onun bu cür həyat tərzinə qarşı çıxırdıq. Daima ona öz iradlarımızı bildirirdik. Buna baxmayaraq, gənc qız yenə də öz bildiyini etməyə davam edirdi”.
R.Rzayev Ə.Yusifzadəni ayağından sanitar qovşağında zəncirlə dəmir boruya bağlamasını etiraf edib: “Onun ayağını bağlamaq fikri anasına məxsus idi”.
Ş.Yusifzadə isə ifadəsində özünü təqsirli bildiyini söyləyib. O dindirilərkən vurğulayıb ki, iki dəfə evlənib-boşanıb və iki yetkinlik yaşına çatmayan qızı var: “Ruslanla təxminən bir il əvvəl tanış olmuşuq və qeyri-rəsmi ər-arvadıq. Biz eyni mənzildə yaşayırdıq. O, mənim və uşaqlarımın daima qayğısına qalırdı. Qızım tərbiyəsiz idi, sonralar hətta onun siqaret çəkdiyini öyrəndim. Qızım bunları etməklə qalmırdı, həmçinin gecə radələrində tanımadığı oğlanlarla vaxt keçirirdi, onların avtomobillərinə minirdi. Yüngül həyat tərzi keçirdiyinə görə Ruslan ona şillə vurdu. Sonra onu zəncirlə bağlamağa qərarlaşdırdım. Ruslan da qızımı ayağından sanitar qovşağında zəncirlə dəmir boruya bağladı”.
Ə.Yusifzadə ifadəsində anası tərəfindən ayağından sanitar qovşağındü zəncirlə dəmir boruya bağlandığını deyib: “Ruslan mənə heç bir şiddət göstərmədi. Əksinə mən müqavimət göstərmədən anamla ayaqyoluna getdim. Çünki anama müqavimət göstərməyin mənası olmadığını başa düşdüm”.
Lakin Ə.Yusifzadə ibtidai istintaq zamanı qeyd edib ki, R.Rzayev onu ayağından sanitar qovşağında zəncirlə dəmir boruya bağlayıb. O, R.Rzayev tərəfindən döyüldüyünü, əzab verildiyini ifadə edib.
Bərdə Rayon Məhkəməsinin hökmü ilə R.Rzayev 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Ş.Yusifzadə isə 3 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib. Hökmdən narazı qalan R.Rzayev apellyasiya şikayəti verib. Hazırda şikayət Gəncə Apellyasiya Məhməsində araşdırılır.
Kamal Məmmədov
24 Oktyabr 00:36
24 Oktyabr 00:33
24 Oktyabr 00:32
24 Oktyabr 00:29
23 Oktyabr 22:21
23 Oktyabr 22:06
23 Oktyabr 21:04
23 Oktyabr 21:00
23 Oktyabr 20:48
23 Oktyabr 18:49
23 Oktyabr 18:49
23 Oktyabr 18:45
23 Oktyabr 18:41
23 Oktyabr 18:35
23 Oktyabr 18:31
23 Oktyabr 18:27
23 Oktyabr 18:23
23 Oktyabr 18:18
23 Oktyabr 18:12
23 Oktyabr 18:05
23 Oktyabr 17:59
23 Oktyabr 17:55
23 Oktyabr 17:48
23 Oktyabr 17:42
23 Oktyabr 17:39
23 Oktyabr 17:37
23 Oktyabr 17:33
23 Oktyabr 17:24
23 Oktyabr 17:19
23 Oktyabr 17:17
23 Oktyabr 17:12
23 Oktyabr 17:05
23 Oktyabr 16:57
23 Oktyabr 16:51
23 Oktyabr 16:39
23 Oktyabr 16:35
23 Oktyabr 16:31
23 Oktyabr 16:29
23 Oktyabr 16:21
23 Oktyabr 16:17
23 Oktyabr 16:12
23 Oktyabr 16:07
23 Oktyabr 16:07
23 Oktyabr 15:59
23 Oktyabr 15:58
23 Oktyabr 15:54
23 Oktyabr 15:39
23 Oktyabr 15:37
23 Oktyabr 15:25
23 Oktyabr 15:18
23 Oktyabr 15:15
23 Oktyabr 15:10
23 Oktyabr 15:05
23 Oktyabr 14:55
23 Oktyabr 14:47
23 Oktyabr 14:45
23 Oktyabr 14:41
23 Oktyabr 14:33
23 Oktyabr 14:29
23 Oktyabr 14:27
23 Oktyabr 14:15
23 Oktyabr 14:11
23 Oktyabr 14:09
23 Oktyabr 14:04
23 Oktyabr 13:54
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:10
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
Ən son xəbərləri səhifəmizdən də izləyin