BURADA REKLAMINIZ OLA
BİLƏR

Zaxarova: “Rusiya və Çin strateji tərəfdaşlıq münasibətlərini möhkəmləndirməkdə davam edir”

Çətin beynəlxalq vəziyyət şəraitində Rusiya və Çin strateji tərəfdaşlıq münasibətlərini möhkəmləndirməkdə və dünya məsələlərində vahid mövqedən çıxış etməkdə davam edir.

 

Pravda.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirliyinin sözçüsü Mariya Zaxarova Rusiya xarici işlər naziri Sergey Lavrov və Çin xarici işlər naziri Vanq Yin arasındakı danışıqlar başa çatdıqdan sonra teleqram kanalında bildirib.

 

Məlumatda qeyd edilib ki, iki ölkənin xarici işlər nazirliklərinin rəhbərləri qeyri-sabit və gərgin xarici siyasət şəraitində dinamik inkişaf etməkdə davam edən Rusiya-Çin münasibətlərinin hazırkı vəziyyətini yüksək qiymətləndiriblər.

 

Leyla Yusubova

Tarix: 30 Mart 2022, 12:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin