BURADA REKLAMINIZ OLA
BİLƏR

Fərruxda qazıntılar zamanı daha bir neçə azərbaycanlının meyitlərinin qalıqları tapılıb - FOTO

Xocalı rayonunun Fərrux kəndi ətrafında daha bir neçə azərbaycanlının meyitlərinin qalıqları tapılıb.

 

Qalıqlar Azərbaycanın Birinci Qarabağ müharibəsində Fərrux kəndi və yüksəkliyi uğrunda gedən ağır döyüşlərdə şəhid olmuş vətəndaşlarına aiddir.

 

Belə ki, ayrı-ayrılıqda 3 yerdə aparılmış qazıntılar zamanı Birinci Qarabağ müharibəsi zamanı qətlə yetirilmiş daha bir neçə azərbaycanlının qalıqları tapılıb.

 

Qeyd edək ki, ötən gün də Fərrux kəndi ərazisində insan meyitlərinin qalıqları aşkarlanıb.

 

Hazırda faktlarla bağlı araşdırmalar davam etdirilir.

 

Report

Fotoları təqdim edirik
Tarix: 30 Mart 2022, 15:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin