BURADA REKLAMINIZ OLA
BİLƏR

Nigar Arpadarai Sahibə Qafarovanın müdafiəsinə qalxdı: “Yersiz şərhləri ilə görülən işi yerə vurmasınlar”

“Sahibə xanım Qafarova çox dürüst, peşəkar, işini mükəmməl görən xanım və əsl vətənpərvərdir. Onun üçün Azərbaycanın müstəqilliyi, milli maraqlarımızın müdafiəsi hər zaman birinci yerdədir, ən müqəddəs bir kateqoriyadır. Parlamentdə olduğum müddət ərzində bunu aydın şəkildə görürəm. Ölkəmizi illərdir müxtəlif beynəlxalq təşkilatlarda ən yüksək səviyyədə təmsil edir, Qazaxıstanda MDB-nin üzvü olan dövlətlərin Parlamentlərarası Assambleya Şurasının iclasında da Azərbaycanı çox gözəl təmsil etdi, Ermənistan spikerinin bütün arqumentlərinə lazım olan cavabları verdi, Azərbaycanın 5 şərtinin qəbul edilməsi cavabını aldı. Bu uğurdur!”

 

Pravda.az-ın xəbərinə görə, bunu deputat Nigar Arpadarai bildirib.

 

N.Arpadarai qeyd edib ki, çıxışı zamanı mexaniki olaraq işlətdiyi ifadə nəyinsə göstəricisi deyil: “Bunu yazanlara məsləhət görərdim məzmuna /“kontentə” baxsınlar, sözdən “ilişib” yersiz şərhləri ilə görülən işi yerə vurmasınlar”.

 

Leyla

Tarix: 30 Mart 2022, 17:21   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin