BURADA REKLAMINIZ OLA
BİLƏR

Ekspertdən MİDA-ya SUALLAR

MİDA bu gün baş tutan onlayn satış haqqında məlumat yayıb. Amma diqqət yetirdikdə görmək olar ki, hazırda sosial mediada müzakirə olunan narazılıqlar və sualların çox hissəsinin cavabı bu açıqlamada yoxdur.

Odur ki, düşünürəm MİDA-nın aşağıdakı məsələlərə aydınlıq gətirməsi faydalı olardı:

1. Dərhal qeyd etmək istərdim ki, MİDA bəzi məqamları (fərdi məlumatlarla bağlı hissələri) çıxmaq şərtilə onlayn satış prosesini əks etdirən bütün log faylları açıqlamalıdır;

2. Ən tez və ən gec satılan mənzillərlə bağlı log faylları da qeyd etmək vacibdir;

3. Seçim prosesində eyni bir İP ünvanlardan daxil olan müraciətlərin sayı ilə bağlı ağlabatan bir açıqlama olması faydalı olardı;

4. İddialar var ki, 4-5 saniyədə sistemə daxil olarkən seçim etmək olmayıb. Həmçinin daha hazırlıqlı, hətta ola bilsin ki, botlardan istifadə edənlər də seçim edə bilməyiblər.
Düşünürəm ki, MİDA-nın bütün bunlara ağlabatan bir cavab verməsi doğru olardı;

5. MİDA sistemi hansı sayda botları sistemdən kənarlaşdıra bilib;

6. Satış zamanı kənardan kiber hücumlar olubmu və bunun yekun nəticəyə hansı təsirləri olub;

7. Botların, robotların qarşısnı almaq üçün yeni mexanizmlər nəzərdə tutulurmu?

Bir daha o fikirdə qalırıq ki, insan müdaxiləsi olmadan həyata keçirilən satış prosesi nə qədər əhəmiyyətli, korrupsiya riskləri az olsa da sistem daim təkmilləşdiriliməli və şəffaflıq artırılmalıdır.
Süni seçimlərin, robot seçimlərin qarşısını almaq üçün müntəzəm yeniliklər edilməlidir.

Mütləq olaraq növbəti onlayn satışın TV-də və Sosial mediada canlı yayımı təşkil edilməlidir.

Güzəştli mənzillər yalnız onlayn satışla deyil, alternativ satış formalarının tətbiqinə də yer verilməlidir.


Osman Gündüz

Azərbaycan İnternet Forumunun prezidenti 

Tarix: 30 Mart 2022, 17:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin