BURADA REKLAMINIZ OLA
BİLƏR

"Kiyev bu tələbində haqlıdır, ancaq..."

"Ukrayna NATO üzvlüyü hədəfindən imtinanın əvəzində böyük dövlətlərdən təhlükəsizlik təminatı tələb edib".


Pravda.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib deyib.


"Kiyev bu tələbində haqlıdır, Rusiyanın gələcək həmlələrindən özünü qorumaq istəyir. Ancaq istənilən təminat Rusiya üçün heç nədir. Kreml nə şifahi, nə də yazılı razılaşmaları yerinə yetirir. 1994-cü il Budapeşt sazişinə görə Ukraynanın ərazi bütövlüyünün əsas təminatçılarından biri ABŞ idi. Nə olsun? Kreml həmin sazişi cırıb zibil yeşiyinə ataraq 2014-cü ildə Krımı ilhaq etdi, Donbasda separatçı bölgə yaratdı. Bu baxımdan Kremlin Ukrayna ilə bağlı hər hansı imzaladığı sazişi yerinə yetirəcəyi problematikdir. Buna görədir ki, Böyük Britaniya NATO-nun 5-ci bəndinə bənzər Ukraynaya təhlükəsizlik təminatı verə bilməyəcəyini açıq bəyan edib" - politoloq əlavə edib.


Leyla

Tarix: 30 Mart 2022, 17:54   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin