BURADA REKLAMINIZ OLA
BİLƏR

İtaliyada sərnişin təyyarəsi qaçırıldı

Naməlum şəxs İtaliyada sərnişin təyyarəsini qaçıraraq Fransaya doğru uçub.

 

Pravda.az xəbər verir ki, bu barədə "Europe 1" radiosu məlumat verib.

 

Fransaya məxsus “Mirage 2000” qırıcısı qaçırılan təyyarəyə müdaxilə etmək üçün havaya qaldırılıb.

 

Məlumatda qeyd edilir ki, oğurlanan təyyarə “Eks-le-Mil” aerodromuna endirilib. Təyyarənin uçuş planı, radio rabitəsi olmayıb və aşağı hündürlükdə uçub.

 

Sükan arxasında şəxsiyyəti təsdiq edən sənədləri olmayan 33 yaşlı slovakiyalı olub.

Tarix: 30 Mart 2022, 18:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin