BURADA REKLAMINIZ OLA
BİLƏR

Əməkdar rəssam azadlığa buraxıldı

Əməkdar rəssam Rəşad Ələkbərov azadlığa buraxılıb.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə onun vəkili Adəm Məmmədov məlumat verib.

 

“Əməkdar rəssam Rəşad Ələkbərovun həbsdən azad olunması ilə bağlı tərəfimizdən verilmiş vəsatət təmin edildi. Göstərdiyi diqqət və ədalətli mövqeyə görə ölkə rəhbərliyinə öz təşəkkürümüzü bildiririk!” – A.Məmmədov bildirib.

 

Qeyd: Ələkbərov Rəşad Böyükağa oğlu prokuroluq əməkdaşları tərəfindən saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 192.1 (qanunsuz sahibkarlıq), 247 (işlərin yerinə yetirilməsi zamanı ətraf mühitin mühafizəsi qaydalarını pozma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb. Bu gün R.Ələkbərovun barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 

Xatırlatma: R.Ələkbərov Azərbaycanın Əməkdar rəssamıdır. Onun əsərləri Azərbaycan, Türkiyə, İtaliya və Rusiyada şəxsi kolleksiyalarda saxlanılır.

 

Nadir

Tarix: 30 Mart 2022, 21:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin