BURADA REKLAMINIZ OLA
BİLƏR

“Coca-Cola” cərimələndi

Azərbaycanda məşhur içki şirkətinə cərimə protokolu yazılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, “Azərbaycan Koka-Kola (“Coca-Cola”) Bottlers Limited” MMC barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Mallar və nəqliyyat vasitələri gətirilərkən və ya aparılarkən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsi və ya təhrif olunmuş məlumatın verilməsi, yaxud əvvəlcədən qısa idxal bəyannaməsinin verilməməsi) maddəsi ilə inzibati protokol tərtib edilib.

 

Daha sonra protokol baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.

 

İş hakim Vüsal Tağıyevin icraatına verilib.

 

Məhkəmənin baxış iclası aprelin 12-nə təyin edilib.

 

Bu xətaya görə, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.

 

Kamal Məmmədov

Tarix: 31 Mart 2022, 07:41   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin