BURADA REKLAMINIZ OLA
BİLƏR

Məşhur mebel şirkətinə protokol tərtib edildi

Bakıda mebel istehsalı və satışı ilə məşğul olan şirkətə cərimə protokolu yazılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, “Embawood” MMC barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin (İXM) 211.3-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmas) maddəsi ilə inzibati protokol tərtib edilib.

 

Daha sonra proyokol baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib.

 

İş hakim Gültəkin Əsədovanın icraatına verilib. Məhkəmə iclası aprelin 11-nə təyin edilib.

 

Bu xətaya görə, fiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min iki yüz manat məbləğində cərimə edilir.

 

Qeyd edək ki, şirkətin həmtəsisçilərindən biri Milli Məclisin deputatı Məşhur Məmmədov olub.

 

Kamal Məmmədov

Tarix: 31 Mart 2022, 07:52   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin