BURADA REKLAMINIZ OLA
BİLƏR

“Rahat” supermarket karantini pozduğuna görə cərimələndi

Azərbaycanda tanınmış supermarket karantin rejimi qaydalarını pozub.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hadisə fevralın 14-də Binəqədi rayon ərazisində yerləşən “Rahat” supermarketdə qeydə alınıb.

 

Belə ki, müvafiq qurum tərəfindən supermarketdə sanitar-gigiyena və karantin rejimi qaydalarının pozulması aşkar edilib.

 

“Rahat”ın barəsində İnzibati Xətalar Məcəlləsinin (İXM) 211.3-cü (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə inzibati protokol tərtib edilib və baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.

 

Hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən, “Rahat” supermarket 1200 manat məbləğində cərimələnib.

 

Kamal Məmmədov 

Tarix: 31 Mart 2022, 08:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin