BURADA REKLAMINIZ OLA
BİLƏR

Etibar Əliyev: “Mexaniki ifadə olunmuş hansısa abreviaturadan yapışıb böyük bir fəaliyyətin üstündən xətt çəkmək ləyaqətsizlikdir”

“Milli Məclisin sədri, professor Sahibə Qafarova yüksək peşəkarlıqla parlamentə sədrlik etməklə yanaşı, həm də ölkəmizi xarici ölkələrdə layiqnincə təmsil edir. Ölkə 44 günlük müharibədə erməni faşizmi üzərində tam və qəti qələbə qazandı. Bu qələbəni istəməyənlərin təsnifatını bilirik: hakimiyyət hərisləri, mühacir adı ilə ölkəni tərk edənlər, düşmənin dəyirmanına su dolduran bir qisim məxluqlar. Bu məxluqlar səviyyə baxımından da fərqlənmirlər. Bunlar ölkədən qüsur axtarırlar ki, yiyələrinə yarınsınlar”.

 

Pravda.az-ın xəbərinə görə, bunu deputat Etibar Əliyev bildirib.

 

E.Əliyev qeyd edib ki, müharibə və postmüharibə barədə fikir mübadiləsi uzun illər davam edəcək: “Belə müzakirələrdə məntiqə və cəsarətli mövqeyə üstünlük vermək lazımdır. Mübaliğəsiz qeyd edim ki, Sahibə Qafarova xarici dilləri mükəmməl bilməsi, elmi təfəkkürü və siyasi dünyagörüşü ilə bu işləri yüksək səviyydə və nümunəvi şəkildə bacarır.  Parlamentimizin sədrinin MDB PA Şurasının Almatı şəhərindəki iclasında erməni spikerə tutarlı cavabı və postmüharibə dövrünün reallıqları barədə peşəkar və mükəmməl çıxışı böyük qələbəmizdə haqlı olmağımızı sübuta yetirən çıxış kimi dəyərləndirilməlidir. Bunun başqa adı yoxdur və ola da bilməz. Ancaq mexaniki ifadə olunmuş hansısa abreviaturadan yapışıb böyük bir fəaliyyətin üstündən xətt çəkmək ləyaqətsizlikdir. Bu yeni təcrübə deyil. 20-30 min işarəlik müsahibdən bir cümləlik qüsur axtaran nadanlara çox rast gəlmişik. Sahibə Qafarovanı öz "ağılları"  həcmində tənqid edənlər onun erməni spikerə cavabından bir cümlə yazdılarmı? Yazmazlar. Urapatriotluğa xələl gətirər.   Bəlkə də məlum qaragüruhun bu hay-küyünə əhəmiyyət verməmək də olardı. Ancaq həqiqət mütləq müdafiə olunmalıdır”.

 

Leyla

Tarix: 31 Mart 2022, 09:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin