BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Vətənpərvərliyin monopoliyası sizin əlinizdədir”

“Azərbaycanımız haqqında sevgi dolu bir yazı yazmışdım. And içə bilərəm ki, mətndə nə Qərb heyranlığından, nə Ukrayna vətənpərvərliyindən, nə də Rusiyaya yarınmaqdan əsər-əlamət vardı. Dərhal paylaşdım. Lakin etiraf edim ki, sonda təsadüfən bir klaviatura səhvi olduğunu sezmişəm. "Azərbaycan" sözünfə 2-ci sıradakı "z" hərfi  əvəzinə "x" hərfi gedibmiş. Bu səhvimə görə ölkədə yaşayan və ya mühacirətdə olan bütün geri zəkalı, danabaş, fürsətçi, savadsız, cahil, qaragüruhçu siyasətbaz, blogerbaz, jurnalistbaz, şəbəkəbazlarından üzr istəyirəm. Anlayıram, qəlbinizin dərin vətənpərvərlik simlərini qırmışam, uzun illər bunu bərpa etmək çox çətin olacaq. Azərbaycana sevginizin, müstəqilliyimizə bağlılığınızın dozası o qədər yüksəkdir ki, bizlər ömür boyu çalışsaq da, sizin yetişdiyiniz zirvəyə çata bilməyəcəyik”.

 

 

Pravda.az-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Fazil Mustafa bildirib.

 

F.Mustafa qeyd edib ki, ölkədə çox şeylərin monopoliyası olduğu kimi, vətənpərvərliyin də monopoliyası sizin əlinizdədir: “Bu yazımda da hansısa hərf səhvi olarsa, xahiş edirəm elə şüvən qoparın ki, eşidib səhvimi düzəldim”.

 

Leyla

Tarix: 31 Mart 2022, 10:17   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin