BURADA REKLAMINIZ OLA
BİLƏR

Vüqar Bayramov: “Sahibə Qafarovanın çıxışında “SSR” sözü tələffüzdə texniki olaraq səhvən yer alıb”

“Almatı şəhərində keçirilən MDB PA-nın 30 illiyinə həsr olunmuş iclasda Azərbaycan və Ermənistan parlament sədrlərinin çıxışlarını əksəriyyətimiz izlədik. Azərbaycan Respublikası Milli Məclisinin xanım sədri gərgin keçən müzakirələrdə bir neçə dəfə söz alıb ölkəmizin mövqeyini əsaslandırılmış şəkildə təqdim etdi və hətta Ermənistan tərəfi bizim 5 bəndlik sülh təkliflərimizin onlar üçün də qəbul edilən olduğunu da bəyan etdi. Bu əslində diplomatik uğur idi. Çünki bu Ermənistanını regionda yaranan yeni reallığı qəbul etməsi anlamına da gəlirdi. Eyni zamanda, Milli Məclisin sədri qeyri-qanuni erməni silahlı dəstələrinin üzvlərinin Azərbaycan Ordusunun bölmələrinə qarşı törətdiyi təxribatlar barədə məlumat verdi və ölkəmizin haqq işini geniş auditoriyaya bir daha çatdırdı. Təəssüf ki, bəziləri gərgin müzakirlərədə bir neçə söz alıb erməni tərəfini susduran Milli Məclisinin sədrinə dəstək vermək əvəzinə bir texniki səhvə ünvanlanıb çıxışların əhəmiyyətini azaltmağa çalışdılar”.

 

Pravda.az-ın xəbərinə görə, bunu deputat Vüqar Bayramov bildirib.

 

V.Bayramov qeyd edib ki, Milli Məclis sədrinin çıxışında dəfələrlə Azərbaycan Respublikası sözündən istifadə edilib, sonda Cinayət Məcəlləsində bir SSR sözü tələffüzdə texniki olaraq səhvən yer alıb: “Təəssüf ki, bəziləri bunu bilərəkdən qabartmağa çalışırlar. Təbii ki, bütün bunlar həmin iclasda aparılan gərgin müzakirələrdə Azərbaycanın beynəlxalq hüquqa əsaslanmış mövqeyinin təqdimatı və Ermənistan tərəfinin ölkəmizin şərtləri razılaşdığını etiraf etməsi kimi diplomatiyada əhəmiyyətli hesab edilən uğurlara kölgə sala bilməz. Qarabağda əldə etdiyimiz zəfərlərin diplomatik sahədə dəstəklənməsi çox vacibdir. Belə iclaslardakı əsaslandırılmış mövqelərimiz isə zərəfimizi daha da möhkəmləndirir”.

 

Leyla Yusubova

Tarix: 31 Mart 2022, 10:34   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin