BURADA REKLAMINIZ OLA
BİLƏR

Çavuşoğlu: "İstanbul danışıqları müsbət nəticə verdikdən sonra..."

“İstanbul danışıqları müsbət nəticə verdikdən sonra ikinci mərhələdə biz xarici işlər nazirlərinin (Rusiya və Ukraynanı nəzərdə tutur-red) bir araya gəlməsi üçün lazımi işləri görürük”.

 

Pravda.az xəbər verir ki, bunu "A Haber"ə müsahibəsində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

 

“Biz həm Kuleba, həm də Lavrovla danışdıq. Bu məsələ ilə bağlı təkliflərimizi bildirdik və üzərimizə düşən məsələlərlə bağlı əlimizdən gələni edəcəyimizi dedik” - deyə, Çavuşoğlu bildirib.

 

O, bir-iki həftəyə xarici işlər nazirlərinin görüşünün ola biləcəyini əlavə edib.

 

Leyla

Tarix: 31 Mart 2022, 12:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin