BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: ““Dəmir yumruq” yerindədir, Azərbaycan anti-terror əməliyyatlarına başlasa, erməniləri heç kim xilas edə bilməyəcək”

“Qarabağda yaşayan ermənilərin silahlandırılması qanunsuz hərəkətdir. Bu, regionda yeni münaqişənin başlanmasına və gərginliyin artmasına xidmət edir. Təəssüf ki, həmin ərazilərdə müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin soyuqqanlı, hətta təhrikedici yanaşması da belə qanunsuz davranışların icrasına səbəb olur. Azərbaycan Rusiya sülhməramlı kontingentindən qəti şəkildə tələb etməlidir ki, onlar qanunsuz hərəkətlərin qarşısını alsınlar və belə halları təkrarlamasınlar”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.

 

Deputat bildirib ki, Ermənistan təxribatlara davam edəcəyi halda, Azərbaycan Konstitusiyasında təsbit olunan ərazi bütövlüyünü təmin edəcək və anti-terror əməliyyatları həyata keçirəcək: “Sülhməramlı qüvvələr ermənilərin təxribat xarakterli hərəkətlərinə son verməzsə, Rusiya indiki vəziyyətdə sahib olduğu azsaylı dostlarından birini də itirə bilər. Rusiyanın bəzi dövlət televiziyalarında ermənipərəst siyasətçilərin, konkret olaraq deputat Mixail Delyaginin təhdidedici hərəkətləri təəssüf doğurur. Bu, Rusiyanın bəzi siyasi dairələrinin təxribatı ola bilər. İstənilən halda, Azərbaycan dövləti bütün proseslərə səbir və təmkinlə yanaşır, erməni təxribatına uymur. Ermənilər də son hadisələrdən ciddi nəticə çıxarmalıdırlar, çünki Azərbaycan Ordusu anti-terror əməliyyatlarına başlasa, onları heç kim xilas edə bilməyəcək. “Dəmir yumruq” yerindədir və lazım olan anda sözünü deyəcək. İnanmaq istərdim ki, proseslər gərginləşməyəcək və erməni siyasi hakimiyyəti üzərinə düşən razılaşmaya riayət edəcək”.

 

Nəzrin Cavid

Tarix: 31 Mart 2022, 13:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin