BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Erməni separatçılarının silahlı müqaviməti ərazidə anti-terror əməliyyatları keçirməyə tam əsas verir”

“Qarabağda müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin nümayəndələri separatçıların Pirlər kəndində silahlandırılmasını sənədləşdirməli və bu haqda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinə mütləq şəkildə məlumat verməlidir. Belə olan halda, mövcud vəziyyət barədə yüksək siyasi rəhbərlik də məlumatlandırılmalı, daha sonra isə müvafiq qərarlar qəbul edilməlidir. Təbii ki, son vaxtlar Fərrux kəndi ətrafında baş veren hadisələr bir daha göstərir ki, ermənilər ciddi narahatlıq keçirirlər. Onların hansısa silahlı müqaviməti ərazidə anti-terror əməliyyatları keçirməyə tam əsas verir”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev deyib.

 

Deputat bildirib ki, Azərbaycanın öz suveren ərazilərində anti-terror əməliyyatı keçirməyə tam haqqı çatır, həmçinin, bu, beynəlxalq hüquq normalarına da zidd deyil: “Silahlı münaqişə törədən tərəflər arasında mütləq sülhməramlı qüvvələr dayanır. Yəni, sülhməramlılar hansısa lokal və ya daha böyük konfliktin yaşanmamasında maraqlı olmalıdırlar. Əks halda, qanunsuz yaraqlıların tərksilah olunması istiqamətində ən ciddi addımlar atılacaq”.

 

Nəzrin Cavid

Tarix: 31 Mart 2022, 15:32   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin