BURADA REKLAMINIZ OLA
BİLƏR

“Azərsun Holdinq”: Ölkədə şəkər tozunun kifayət qədər xammal ehtiyatı mövcuddur

Regionun ən böyük şəkər istehsaI müəssisəsi olan İmişli Şəkər Zavodu ("Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC) tam gücü ilə fəaliyyətini davam etdirir.

 

Bu barədə Pravda.az-a “Azərsun Holdinq”dən bildirilib.

 

Şirkət mətbuatda ölkədə şəkər tozu qıtlığının yaranması barədə məlumatlara münasibət bildirib: “Kifayət qədər xammal ehtiyatı mövcuddur və istehsal prosesi plan üzrə davam edir. Müvafiq olaraq satış nöqtələri də tələbata uyğun olaraq şəkərlə təmin edilir. Yayılan xəbərlərin heç bir əsasının olmadığını bildiririk və bütün media mənsublarını belə bir həssas məqamda ajiotaja səbəb olmamağa çağırırıq”.

 

Nadir

Tarix: 31 Mart 2022, 16:53   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin