BURADA REKLAMINIZ OLA
BİLƏR

Rusiya texnoloji sanksiyaların təsirlərini belə azalrmaq istəyir

Rusiyada təcili "Импортозамещение 2022" müzakirələri başlayıb.


Pravda.az xəbər verir ki, bu barədə bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib.

O.Gündüz bildirib ki, məqsəd hansı xarici məhsulları (proqram təminatı və İT avadanlıq) yerli məhsullarla əvəz etmək olar sualına cavab tapmaqdır.

Ekspert Rusiyanın bu addımı atma səbəbini aşağıdakı kimi izah edib:

1.Strateji qurumların ən yaxın zamanda xarici məhsuldan asılılığını aradan qaldırmaq istəyirlər;

2. Xarici proqram təminatlarının bu gündən alışı və 2025-ci ildən də tətbiqi tam qadağan edilib. Hələlik oğurluq (pirat) proqramlardan istifadə edilə bilər. Həmçinin saytlarda Amerikan şriftərindən və xarici identifikasiya sistemlərindən, reCAPTCHA sistemindən istifadə qadağan edilib;

3. Rusiya hökuməti mobil operatorlar üçün ucqar ərazilərdə 4G və LTE üzrə mobil infrastruktur qurmaq öhdəliyini ləğv edib (avadanlıqlar çatışmır);

4. Limitsiz mobil internet və limitsiz zənglər dövrü bu ölkədə bitib. Artıq bu servislər Rəqəmsal İnkişaf Nazirliyinin tövsiyyəsi ilə ləğv ediləcək (mobil operatorların resursları çatışmır);

5. Telekommunikasiya operatorlarına qiymət artımına icazə veriləcək;

6. “Yarovoy qanun”un (abonentlərin danışığınının və məlumatların yazılması və müəyyən müddət üçün saxlanılması haqqında) tələbləri yaxın bir il üçün dayandırılır;

7. İT kadrların ölkədən çıxışına qadağa qoyulması ilə bağlı qanunvericilik təşəbbüsləri edilir;

9. PlayStore-ni əvəz etmək çün NashStore hazırlanır. Android sistemində olacaq. Google-nin buna icazə verəcəyi haqqında məlumat verilməyib;

10. Linux əsasında Rusiyanın özəl əməliyyat sistemi, MS Office-ni əvəz edən MoyOfis, Adobe-nin resursları əvəzinə FotoMaster və «İS Qrafika» , həmçinin Movavi videoredaktoru hazırlanır;

11. Şirkətlərin idarə edilməsi üzrə SAP əvəzinə 1С:ERP hazırlanır;

12. 1 aprel tarixdən Apple Pay и Google Pay əvəzinə banklarda milli ödəniş sistemi olaraq СБПэй (SBPey) Servisi tətbiq ediləcək;


Nadir

Tarix: 31 Mart 2022, 19:49   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin