BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhkəmə Bakıda qadın müğənnini öldürmək istəyən şəxslə bağlı qərar verdi

Bakı Apellyasiya Məhkəməsində hoteldə müğənnini öldürməyə cəhddə təqsirləndirilən Əli Məmmədovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ziya Şirinovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, onun şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən qüvvədə saxlanıb.

 

Hadisə 2021-ci il iyulun 16-da paytaxtın Nizami rayonunda qeydə alınıb.

 

Belə ki, Ə.Məmmədov tanışı Aygün Mirzəyevaya şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı çoxsaylı bıçaq xəsarətləri yetirib.

 

Faktla bağlı Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

 

Ə.Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

 

Qeyd edək ki, A.Mirzəyeva toy şənliklərində müğənni kimi fəaliyyət göstərib. Hadisədən əvvəl Ə.Məmmədov qadınla pul müqabilində cinsi əlaqədə olub.

 

Kamal Məmmədov

Tarix: 31 Mart 2022, 20:29   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin