BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputatlar oruc tutmayacaqlar - SORĞU

Mübarək Ramazan ayınının başlamasına artıq sayılı günlər qalıb. Bəs görəsən, millət vəkilləri bu il oruc tutacaqlarmı?

 

Pravda.az Sonxəbər.az-ın deputatlar arasında keçirdiyi sorğunu təqdim edir:

 

Fatma Yıldırım:

 

"Xeyr, mən müəyyən səbəblərə görə oruc tuta bilməyəcəyəm. Səhhətimdə problemlər var. Ona görə də 2-3 ildir ki, oruc tuta bilmirəm. Dərmanlar qəbul edirəm.

 

Xalqımız bu bayramı yüksək səviyyədə qeyd edir. Qohumlarım, həyat yoldaşım, uşaqlarım, qardaşlarım - hamısı oruc tuturlar. Allah hər kəsin orucunu qəbul etsin. Hər birimiz müsəlmanıq. Allah hər kəsə sağlam can nəsib etsin ki, oruc tuta bilsinlər".

 

Arzu Nağıyev:

 

"Mən əvvəl 7 il oruc tutmuşam. İndi işim və həyat tərzim elədir ki, bu il yəqin, tuta bilməyəcəyəm. Amma bu o demək deyil ki, mənim dini etiqadım yoxdur və əməl etmirəm. Sadəcə müəyyən səbəblər var ki, oruc tuta bilmirəm".

 

Ramil Həsən:

 

"Bəli, mən artıq 12 ildir ki, oruc tuturam. Allahın izni ilə, bu il də tutacağam".

 

Əminə Ağazadə:

 

"Xeyr, səhhətimdə olan problemlərlə bağlı mən oruc tuta bilməyəcəyəm".

 

Asim Mollazadə:

 

"Xeyr, oruc tutmayacağam. Bunun səbəbi yoxdur. Sadəcə tutmayacam".

Tarix: 1 Aprel 2022, 00:55   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin