BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycan mediasının Rusiyanı tənqid etməsindən narahat olan səfirə cavab: “İşğalçının tərəfində olmalıyıq?”

Politoloq Elxan Şahinoğlu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikova cavab verib.

 

Pravda.az-ın xəbərinə görə, E.Şahinoğlu bildirib ki, Azərbaycan xalqı Ukraynanın yanındadır.

 

“Cənab səfir, Siz Azərbaycanın mediasının Rusiyanın siyasətini tənqidindən narahatsınız. Ukrayna haqlı tərəfdir və biz haqlının tərəfindəyik. Ukrayna ərazi bütövlüyü uğrunda savaşır. Rusiya işğalçı müharibə aparır. Siz hesab edirsiniz ki, Azərbaycan işğalçının tərəfində olmalıdır? Bəli, biz qonşu Rusiya ilə tərəfdaşlıq münasibətlərindən yanayıq. Ancaq Rusiyanın dövlət televiziya kanallarında Azərbaycana qarşı çirkin və təhqiramiz fikirlər səslənir. İkinci Qarabağ müharibəsində də əleyhimizə təbliğat aparırdınız. Biz buna seyrçi qala bilmərik” - E.Şahinoğlu qeyd edib. 

 

Leyla

Tarix: 1 Aprel 2022, 07:01   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin