BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanın tanınmış bankı cərimələndi

Azərbaycanda tanınmış banka cərimə protokolu yazılıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, "Muğanbank" ASC barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 347-ci (Nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsi) maddəsi ilə inzibati protokol tərtib edilib.

Daha sonra iş baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.

İddia hakim Hafiz Kamranovun icraatına verilib. Məhkəmə iclasının vaxtı hələlik məlum deyil.

Bu xətaya görə, vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.

Qeyd: "Muğanbank" ASC 1992-ci ildə yaradılıb.

Kamal Məmmədov 

Tarix: 1 Aprel 2022, 11:01   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin