BURADA REKLAMINIZ OLA
BİLƏR

“Avropa İttifaqı Qarabağla bağlı bunu edə bilər, amma etmir, çünki…” - ŞƏRH

“Qarabağda təxribatı törədən separatçı qüvvələrin qeyri-rəsmi başçısı Rusiya sülhməramlılarıdır. Onlara əmri verən Rusiya Müdafiə Nazirliyinin komandirlərinə isə əmrlər dolayısı ilə Prezident Vladimir Putindən gəlir. Son vaxtlar Putinin başı Ukrayna məsələsinə qarışsa da, Rusiya çömçəsinin həm də Qarabağda olduğunu unutmur. Ona görə də çömçəni vaxtaşırı bulayır. Bulayanda isə səs-küy çıxır, üfunət qalxır. Bu, çox sadə mexanizmdir. Yəni, bütün bunların fonunda Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Cənubi Qafqaza təsir etmək imkanı çox azdır”.

 

Bunu Pravda.az-a açıqlamasında politoloq Zərdüşt Əlizadə Avropa İttifaqının Prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın aprelin 6-na təyin olunmuş üçtərəfli görüşündən gözləntilər barədə danışarkən deyib.

Politoloq bildirib ki, Avropa Birliyinin Cənubi Qafqazda əsgəri yoxdur və ona görə də onlar yalnız Rusiya vasitəçiliyindən qalan qırıntıları yığmaqla məşğuldurlar: “Avropa Birliyinin regionda nəsə etməsi üçün, onlar tərəfindən təşəbbüs göstərilməlidir. Bunun üçün onlar səylərini mənalı istiqamətlərə yönəltməlidirlər. Hazırda onların rol oynaya biləcəyi əsas vacib məsələ Qarabağda yaşayan ermənilərlə azərbaycanlılar arasında insani münasibətlərin formalaşdırılması ilə bağlıdır. Avropa İttifaqı bunu edə bilər, amma etmir, çünki ona nə Fransa, nə ABŞ, nə də Rusiya icazə vermir”.

 

Nəzrin Cavid

Tarix: 1 Aprel 2022, 12:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin