BURADA REKLAMINIZ OLA
BİLƏR

Rus qoşunları bu ərazini tərk etdi

Rusiya qoşunları Kiyev vilayətinin Brovarı şəhərinin ərazisini tərk edib.

 

Pravda.az xəbər verir ki, bu barədə məlumatı Brovarı şəhərinin meri İqor Sapojko bildirib.

 

Merin sözlərinə görə, yaxın vaxtlarda Ukrayna silahlı qüvvələri ərazini düşmənin texnika qalıqlarından azad edərək, minalardan təmizləmə ilə məşğul olacaqlar.

 

Sapojko qeyd edib ki, şəhərdə bir çox insan artıq öz evlərinə qayıdıb. Kiçik və orta sahibkarlığın işi tədricən bərpa olunur - müəssisələr, mağazalar işə salınır.

 

Bununla belə, mer Brovarıdakı keçid məntəqələrinin götürülməsi planının olmadığını vurğulayıb. Yeni təhlükə yaranarsa, şəhər müdafiəyə hazır olacaq.

 

Xatırladaq ki, Ukrayna silahlı qüvvələrinin baş qərargahı Rusiya qoşunlarının Kiyev vilayətindən çıxarılmasının davam etdiyini qeyd edib.

 

Leyla

Tarix: 1 Aprel 2022, 12:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin