BURADA REKLAMINIZ OLA
BİLƏR

“Grand-mart” cərimələndi

Bakıda tanınmış marketə cərimə protokolu yazılıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, “Grand-mart” MMC barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 211.3-cü (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə inzibati protokol tərtib edilib.

Daha sonra protokol baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilib.


İddia hakim Bəxtiyar Məmmədovun icraatına verilib.

Məhkəmə iclası aprelin 13-nə təyin edilib.

Bu xətaya görə, fiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min iki yüz manat məbləğində cərimə edilir.

Kamal Məmmədov 

Tarix: 1 Aprel 2022, 12:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin