BURADA REKLAMINIZ OLA
BİLƏR

“OBA market” karantin rejimini pozduğuna görə cərimələndi

Azərbaycanda tanınmış marketə cərimə protokolu yazılıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, “OBA market” MMC barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 211.3-cü (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə inzibati protokol tərtib edilib.

Daha sonra protokol baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilib.

İddia hakim Fuad Axundovun icraatına verilib. Məhkəmə iclasının vaxtı hələlik məlum deyil.

Bu xətaya görə, fiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min iki yüz manat məbləğində cərimə edilir.

Kamal Məmmədov 

Tarix: 1 Aprel 2022, 13:54   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin