BURADA REKLAMINIZ OLA
BİLƏR

“Operativ Qərargahın hansısa kağız parçası ölkənin vətəndaşları qarşısında öhdəlik və vəzifələrindən üstün ola bilməz”

"Quru sərhədlərinin bağlı qalmasının heç bir məntiqi yoxdur, bundan əlavə, bu gün Ukraynadan, Rusiyadan ölkəmizə dönmək istəyən Azərbaycan vətəndaşlarının sərhər-keçid məntəqələrindən ölkəyə buraxılmaması absurddur, qanunsuzdur, Konstititsiyaya və “Vətəndaşlıq haqqında” qanuna ziddir".

 

Pravda.az xəbər verir ki, bunu ekspert Natiq Cəfərli deyib.

 

Ekspert konstitutsiyanın müvafiq maddələrini sadalayaraq ölkə vətəndaşlarının hüquqlarını xatırladıb: "Konstitusiyanın 53-cü maddəsinin 3-cü hissəsi: “Azərbaycan Respublikası onun ərazisindən kənarda müvəqqəti və ya daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının hüquqi müdafiəsinə təminat verir və onlara hamilik edir”.

 

Azərbaycan Respublikasının vətəndaşlığı haqqında Azərbaycan Respublikasının Qanunu, maddə 9: "Azərbaycan Respublikasının ərazisindən kənarda yaşayan Azərbaycan Respublikası vətəndaşlarının Azərbaycan dövləti tərəfindən müdafiəsi: Azərbaycan Respublikasının dövlət orqanları, xarici dövlətlərdəki və beynəlxalq təşkilatlardakı diplomatik nümayəndəlikləri və konsulluqları, habelə onların vəzifəli şəxsləri Azərbaycan Respublikasının ərazisindən kənarda müvəqqəti və ya daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq hüquq sənədlərin, xarici dövlətin qanunvericiliyinə, Azərbaycan Respublikası ilə Azərbaycan Respublikası vətəndaşlarının yaşadığı dövlət arasında bağlanmış müqavilələrə, habelə beynəlxalq adətlərə uyğun olaraq onlara verilmiş bütün hüquqlardan tam həcmdə istifadə edə bilmələri üçün tədbirlər görməyə, qanunvericiliklə müəyyənləşdirilmiş qaydada onların qanunla qorunan hüquq və mənafelərini müdafiə etməyə, zərurət olduqda isə Azərbaycan Respublikası vətəndaşlarının pozulmuş hüquqlarının bərpası üçün tədbirlər görməyə borcludurlar".

 

"Rusiyanın Ukraynaya təcavüzünə görə Ukraynadan milyonlarla insan ev-eşiyini tərk etməyə məcbur olub. Bütün dünya Ukraynanın müharibədən qaçan vətəndaşlarını köçkün kimi qəbul edir, ancaq Azərbaycan isə Ukraynadan, Rusiyadan gələn öz vətəndaşlarını quru yolu ilə ölkəyə buraxmır. Bu, böyük qanun və hüquq pozuntusudur, belə biabırçılığa teziklə son qoyulmalıdır. Operativ Qərargahın hansısa kağız parçası ölkənin Konstitutsiyasından, vətəndaşları qarşısında öhdəlik və vəzifələrindən üstün ola bilməz" - ekspert əlavə edib.

 

Nadir

Tarix: 1 Aprel 2022, 16:04   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin