BURADA REKLAMINIZ OLA
BİLƏR

Putin Paşinyanla Qarabağla bağlı fikir mübadiləsi apardı

Rusiya Prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanla telefonla danışıb.

Pravda.az xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.

Məlumatda qeyd edilib ki, tərəflər Qarabağda sabitlik məsələləri ilə bağlı fikir mübadiləsi aparıblar.

Danışıq zamanı Ermənistan, Azərbaycan və Rusiya liderlərinin imzalanan üçtərəfli bəyanata əməl olunmasının vacibliyi bir daha vurğulanıb.


Leyla 

Tarix: 1 Aprel 2022, 20:22   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin