BURADA REKLAMINIZ OLA
BİLƏR

“Nar "Xaliq Faiqoğlu"nu məhkəməyə verdi

“Azerfon” MMC (“Nar”) “Xaliq Faiqoğlu” MMC-ni məhkəməyə verib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, bu barədə “Nar” şirkət Bakı Kommersiya Məhkəməsinə müraciət edib.

 

Belə ki, “Azerfon” müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr barədə tələb irəli sürüb. Lakin müqavilənin nədən ibarət olduğu açıqlanmayıb.

 

İddiaya hakim Kənan Hüseynovun sədrliyi ilə baxılacaq. Məhkəmənin vaxtı hələlik məlum deyil.

 

Qeyd edək ki, “Xaliq Faiqoğlu” şəhərdaxili sərnişindaşıma sahəsində fəaliyyət göstərir.

 

Kamal Məmmədov

Tarix: 1 Aprel 2022, 22:49   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin