BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda Ramazan ayı başlayıb

Bu gündən Azərbaycanda Ramazan ayı başlayıb.

 

Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) verilən məlumata görə, bu il Ramazan ayı aprelin 2-nə təsadüf edir.

 

Ramazan təqviminə əməl edilməsi ilə bağlı monitorinqlər keçiriləcək

Dövlət Komitəsi Avropa Parlamentinin qətnaməsinə etiraz edib

QMİ Ramazan ayının başlaması ilə bağlı fətva verib

Niyyət gecəsi aprelin 1-dən 2-nə keçən gecəyə düşür.

 

Ramazan təqviminə əsasən, ilk Qədr gecəsi Ramazan ayının 18-dən 19-na keçən gecə, yəni aprelin 19-a təsadüf edəcək.

 

Bundan əlavə, aprelin 21-i (Ramazan ayının 20-dən 21-nə keçən gecə), 23-ü (Ramazan ayının 22-dən 23-nə keçən gecə) və 27-də də (Ramazan ayının 26-dan 27-nə keçən gecə) Qədr gecələri olacaq.

 

Şəvval ayının 1-i, yəni mayın 2-də Ramazan (Fitr) bayramı olacaq.

 

Qazılar Şurasının qənaətinə görə, Ramazan bayramında adambaşına 10-15 manat fitrə zəkatının verilməsi məsləhət görülür.

Tarix: 2 Aprel 2022, 00:09   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin