BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda həbsdə olan partiya sədri yenidən məhkəmə qarşısında

Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri sədri Əli Əliyev barəsində olan hökmdən kassasiya şikayəti verib.

Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət artıq Ali Məhkəməyə daxil olub.

Kassasiya şikayəti hakim Əziz Seyidovun icraatına verilib. Məhkəmənin ilkin baxış iclası hələlik açıqlanmayıb.

Ə.Əliyev barəsində bəraət hökmünün çıxarılmasını istəyir.

Qeyd: 2021-ci il noyabrın 30-da qəzaya uğrayan Dövlət Sərhəd Xidmətinə (DSX) məxsus Mi-17 tipli helikopterində sağ qalan polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilov VİP sədri Ə.Əliyevə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə uyğun olaraq xüsusi ittiham qaydasında şikayət veriblər.

İddiaçıların şikayətlərində göstərilib ki, VİP sədri Ə.Əliyev məlum helikopter qəzasından sağ çıxmağın mümkünsüzlüyünü bildirib. Çıxışdan sonra qəza nəticəsində sağ qalan hərbçilər Ə.Əliyevi məhkəməyə verib.

Onların şikayətləri ayrı icraatda araşdırılıb.

Yanvarın 13-də Yasamal rayon Məhkəməsində keçirilən prosesdə DSX-nin polkovnik-leytenantı Emil Cəfərovun şikayəti təmin olunub.

Qərara əsasən, Ə.Əliyev 5 ay müddətinə həbs olunub. Bakı Apellyasiya Məhkəməsi partiya sədrinin şikayətini təmin etməyib.

 

Kamal Məmmədov 

Tarix: 2 Aprel 2022, 11:14   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin