BURADA REKLAMINIZ OLA
BİLƏR

“Prezident İlham Əliyev regionun taleyini müəyyən edən siyasi liderdir” - RƏY

“Prezident İlham Əliyev martin 31-də ATƏT-in fəaliyyətdə olan sədri Zbiqnev Raunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bildirdi ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşkilatçılığı ilə baş tutacaq görüşün məhsuldar olacağına ümid edir. Prezident İlham Əliyev bu bölgənin taleyini müəyyən edən siyasi liderdir. Görüş öncəsi cənab İlham Əliyevdə ümid yaradan məqamların olması çox ciddi nüansdır”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

Deputatın sözlərinə görə, real situasiya təhlil edilsə, aydın olar ki, Prezident İlham Əliyev çox məharətli konfiqurasiyalar ilə İrəvanı elə dilemma qarşısında qoyub ki, Paşinyanın yola gəlməkdən başqa çarəsi qalmayıb: “Ən azı ona görə ki, Azərbaycanın irəli sürdüyü 5 prinsip elə beynəlxalq hüququn prinsipləridir və Ermənistanın bu prinsiplərə “yox” deməsi beynəlxalq hüquqa “yox” deməsi ilə eynidir. Digər tərəfdən, bataqlığı xatırladan Ermənistandan fərqli olaraq Azərbaycan post-müharibə dövründə planladığı bütün tədbirlər üzrə qətiyyətlə irəliləyir. Ərazilərin minalardan təmizlənməsi, infrastruktur layihələrinin həyata keçirilməsi, böyük qayıdışa hazırlıq tam sürətlə davam edir. Eyni zamanda, qalib Azərbaycanla əməkdaşlıq və tərəfdaşlıq etmək istəyən dövlətlərin sayı köklü şəkildə artıb. Hətta müharibəyə qədər İrəvanla əməkdaşlıq edən dövlətlər bu gün açıq formada Bakıya üz tutmaqdan çəkinmir. Bilirsiz ki, hələ hakimiyyətinin ilk illərində cənab İlham Əliyev ermənilərə dəfələrlə xəbərdarlıq etmişdi ki, təcavüzkar niyyətə son qoymasa, Azərbaycan Ermənistanı dalana çevirəcək. Nəticə etibarı ilə, bu gün Ermənistan həm siyasi, həm sosial-iqtisadi cəhətdən dalan dövlətidir. Əvvəllər Ermənistan üçün nəfəslik rolunu oynayan güclər bu gün Azərbaycanla çox ciddi layihələrə cəlb olunmaqla İrəvanı ikinci planda görməyə başlayıblar. Türkiyə ilə münasibətləri normallaşan Rusiya üçün isə Ermənistan artıq əvvəlki qədər əhəmiyyətli deyil, əksinə Bakı Rusiya üçün önəmli siyasi müttəfiq kimi çəkisini artırıb”.

 

B.Məhərrəmov əlavə edib ki, bunu yalnız biz yox, Paşinyan və komandası da görür və Ermənistanın mövcudluğunun davamı üçün Prezident İlham Əliyevlə  hesablaşmağın zərurətini dərk edirlər: “Yəni, faktiki olaraq cənab İlham Əliyev ciddi iqtisadi-siyasi tədbirlərlə, ardınca Vətən müharibəsində şanlı zəfərimizlə, hazırda isə Hücum siyasəti doktrinası ilə İrəvanı islah etməkdədir. Təbii ki, qarşımızdakının Ermənistan olduğunun fərqindəyik, Ermənistan üçün söz və əməl bütövlüyü anlayışının olmadığını bilirik, ona görə də bölgə xalqlarının rifahı, sülh və sabitlik naminə “Dəmir yumruq” hər zaman hazır saxlanılır”.

 

Nəzrin Cavid

Tarix: 2 Aprel 2022, 12:23   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin