BURADA REKLAMINIZ OLA
BİLƏR

“Nazirlik SSRİ Dövlət Plan Komitəsinin prinsipləri əsasında inkişaf modeli qurmaq üzərində düşünür”

"Rusiya radioelektronika, kompüter texnologiyaların inkişafı sahəsində vəziyyəti düzəltmək üçün gecə-gündüz baş sındırır".

 

Pravda.az xəbər verir ki, bunu ekspert Osman Gündüz bildirib.

 

"Məlumdur ki, bu sektorla əlaqəli bütün xarici şirkətlər Rusiyanın Unkarynaya təcavüzü ilə bağlı ölkəni tərk edib: "Rusiyanın bu sektoru yetərincə qlobal dünyaya inteqrasiya etdiyindən indi ehtiyat hissələrlə, sektorun inkişafı ilə bağlı çox ciddi problemlər yaranıb. Vəziyyətdən çıxış yolu üçün Rusiyanın İqtisadi İnkişaf Nazirliyi qeyri-adi metoda əl atıb.

 

Qurum SSRİ Dövlət Plan Komitəsinin prinsipləri əsasında inkişaf modeli qurmaq üzərində düşünür. İqtisadi İnkişaf Nazirliyi bununla bağlı iki gün öncə əlaqəli dövlət qurumlarına və özəl sektora rəsmi məktub ünvanlayıb. Nazirlik maraqlı tərəflərdən xahiş edib ki, sektorda işin planlı təşkili ilə bağlı SSRİ Nazirlər Kabinetinin 1969-cu ildə qəbul edilən “Elektron Sənayesi Nazirliyinin əsasnaməsinin təsdiqi” haqqında sənəddəki prinsiplərə fikirlərini bildirsinlər. Bu sənəddə ölkə üzrə vahid texniki siyasətin müəyyən edilməsi, ixtisaslaşmanın və standartlaşmanın aparılması, vahid planlı təsərrüfatın qurulması, dövlət qurumları arasında planlamanın razılaşdırılması və sair ilə bağlı metodologiyalar öz əksini tapıb. Hazırda dövlət qurumları və özəl sektor Nazirliyin bu təkliflərini öyrənirlər.

 

Qurumlar SSRİ2.0 sisteminə qayıdışla bağlı cavablarını bir ay müddətində təqdim etməlidirlər" - ekspert qeyd edib.

 

Leyla

Tarix: 2 Aprel 2022, 14:49   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin