BURADA REKLAMINIZ OLA
BİLƏR

Tahir Kərimli: “Allah bəyənmir ki, xəstə insan oruc tutaraq özünə əziyyət etsin…”

“Oruc tutmaq müsəlmanın şəxsi seçimidir. Bu həmin şəxsin varlı və ya kasıb olmasına baxmır. İnsanların qəlbinin imanı maddi imkanına görə dəyişmir. Həm də Allah bəyənmir ki, xəstə insan oruc tutaraq özünə əziyyət etsin. Belə çıxır ki, insan çəkdiyi əzabı Allahın adı ilə bağlayır…”

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli deyib.

 

Deputat bildirib ki, uzaq yol çıxanlar, səhhətində problemi olanlar oruc tutaraq özlərinə əziyyət etməməlidirlər: "Ümumiyyətlə, oruc tutmaq üçün varlı-kasıb təsnifatını necə aparmaq olar, anlamıram. Belə çıxır ki, varlılar oruc tutmur, kasıblar tutur?! Əgər elədirsə, onda qoy, kasıblar heç biri oruc tutmasın da, Allah onları bağışlayar. Mənim üçün bu bölgü çox da aydın deyil. Hesab edirəm ki, günah guya başqasının övladına, şəhidinə ürəyin yandığı halda, öz övladını hərbidən saxladıb müharibəyə göndərməməkdir. Bir qisim varlılar buna görə qınanılmalıdır ki, imkanları olduğu üçün övladlarını əsgərlikdən saxlatdırırlar. Günah olan, cəmiyyətdə qınanılası olan məsələ budur. Oruc tutmaq isə fərdi məsələdir, yəni buna görə kimisə qınamaq doğru deyil”.

 

Nəzrin Cavid

Tarix: 2 Aprel 2022, 15:48   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin