BURADA REKLAMINIZ OLA
BİLƏR

Sumqayıtda yataqxanada yanğın - Zəhərlənənlər var

Sumqayıt şəhəri, H. Z. Tağıyev qəsəbəsində 3 saylı yataqxanada yanğın başlayıb.

Pravda.az-ın xəbərinə görə, Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

TƏBİB-dən bildirilib ki, ilkin məlumata görə, yanğın zamanı 3 nəfər tüstüdən zəhərlənib, 2 nəfərə yerində yardım göstərilib. Bir nəfər isə Sumqayıt Təcili Yardım Xəstəxanasına aparılıb. 

Tarix: 27 Fevral 2020, 14:24   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin