BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda gənc oğlan qız üstündə qətlə yetirilib - MƏHKƏMƏ

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Məhəmməd Məhəmmədlinin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə o, 12 il 3 ay müddətinə azadlıqdan mərhum edilib.


Qeyd: Hadisə 2021-ci il iyunun 13-ü saat 23 radələrində paytaxtın Nizami rayonu ərazisində qeydə alınıb.


Belə ki, 2000-ci il təvəllüdlü Məhəmməd Məhəmmədli şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı 1998-ci il təvəllüdlü Murtuz Murtuzova bıçaqla qətlə yetirilib.


Faktla bağlı Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.


Məhəmməd Məhəmmədli şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.


Xatırlatma: İstintaq materiallarında qətl hadisəsinin qız üstündə baş verdiyi qeyd olunur.


Kamal Məmmədov

Tarix: 2 Aprel 2022, 17:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin