BURADA REKLAMINIZ OLA
BİLƏR

Müdafiə Nazirliyi məlumat yaydı

Əlahiddə Ümumqoşun Orduda ixtisas hazırlığı kursları başa çatan gənc əsgərlər növbəti xidmət yerlərinə yola salınıblar.

 

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

 

Mərasimdə əvvəlcə şəhidlərimizin əziz xatirəsi yad edilib və Dövlət Himnimiz səsləndirilib.

 

Polkovnik Mübariz Rzayev Vətən müharibəsində qazanılan təcrübə ilə keçirilən məşğələlərdə peşəkarlaşan gənc əsgərlərə xidmətlərində uğurlar arzulayıb.

 

Əsgər valideyni Qasım Bağırov övladının hərbi xidmət keçməyi ilə fəxr etdiyini bildirərək kursları uğurla başa vuran əsgərləri təbrik edib.

 

Əsgərlər adından çıxış edən Nicat Məmmədov bildirib ki, Ordu sıralarına daxil olan ilk gündən nümunəvi xidmət etməyi qarşısına məqsəd qoymuş hər bir gənc üçün müzəffər Azərbaycan Ordusunda xidmət etmək müqəddəs bir amala çevrilib.

 

General-mayor Rəhim Cəfərov Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayevin təbrikini şəxsi heyətə çatdıran zaman bildirib ki, Ordu sıralarına daxil olan gənclərimiz dövlətimizin hərtərəfli qayğısı ilə əhatə olunur, məşğələlərdə peşəkar hərbi qulluqçu kimi yetişir və növbəti xidmət yerlərində uğurlu döyüş növbətçiliyinin təşkilində fəal iştirak edirlər. İnanırıq ki, gənc əsgərlərimiz məşğələlərdə qazandıqlarını növbəti xidmət yerlərində keçiriləcək təlimlərdə daha da təkmilləşdirərək Vətənimizin müdafiəsində ayıq-sayıq dayanacaqlar.

 

Çıxışların ardından gənc əsgərlər müxtəlif hərbi ixtisaslar üzrə qazandıqları bilik və bacarıqları nümayiş etdiriblər.

Tarix: 2 Aprel 2022, 18:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin