BURADA REKLAMINIZ OLA
BİLƏR

Ermənistan “qaz şousu"nu davam etdirir

Ermənistən “qaz şousu"nu davam etdirir.

 

Pravda.az xəbər verir ki, “Qazprom Ermənistan” QSC-nin yaydığı məlumata görə, Xankəndidə yenidən qaz problemi yaranıb.

 

İddia olunur ki, buna səbəb yol tikintisi ilə bağlı aparılan iş zamanı boru xəttinin zədələnməsi olub.

 

Qeyd olunur ki, aprelin 2-də Gorus-Qafan avtomobil yolunda aparılan işlər zamanı inşaatçılar yolun 13,5-ci kilometrliyində boruya ziyan vurub. Nəticədə Gorus, Qafan, eləcə də Qarabağ sakinləri qazsız qalıb.

 

Hazırda borunun bərpası üzərində iş getdiyi bildirilib.

 

Xatırlatma: “SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin yaydığı məlumata görə, martın axırlarında Qarabağ iqtisadi rayonuna aid ərazidə uzun illər texniki xidmət göstərilmədən istismar olunan qazpaylayıcı xətlərdəki nasazlıq Xankəndi şəhərinin və ətraf ərazilərin qaz təchizatında problemlərin yaranmasına səbəb olub.

 

Normadan artıq qarın yağmasına baxmayaraq, "Azəriqaz" İB-nin əraziyə ezam olunmuş əməkdaşları çətin relyefli ərazidə qəzanın nəticələrinin aradan qaldırılması istiqamətində zəruri tədbirlər görüb. Nəticədə, Xankəndi və digər ətraf yaşayış məntəqələrinə təbii qazın verilməsi bərpa olunub.

 

“Azəriqaz” İstehsalat Birliyi sözügedən hadisə rayonunda fors-major halın aradan qaldırılması ilə məşğul olub. Qazın hansı tərəfdən veriləcəyi, ödənişlərin hansı formada olacağı məsələsi sonrakı mərhələlərdə müzakirə oluna bilər. Hələlik bu, müzakirə predmeti deyil. İndiki halda “Azəriqaz” fors-major hadisənin nəticələrinin aradan qaldırılmasını həyata keçirdi. Çünki “Azəriqaz” İB Azərbaycanın yurisdikdiyasına daxil olan istənilən ərazidə abonentlərə heç bir fərq qoymadan xidməti özünün vəzifə borcu hesab edir.

 

Leyla

Tarix: 2 Aprel 2022, 19:55   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin