Reklam

Azərbaycanda körpəyə Volodimir adının qoyulmasına icazə verilmədi

“Dostum yenidoğulmuş nəvəsinə Ukrayna prezidentinin şərəfinə Volodimir adını vermək istəyir. İcazə vermirlər ki, milli ad qoymalısan”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Azərbaycan Demokratiya və Rifah Partiyasının funksioneri Səxavət Əlisoy bildirib.

 

“Adlarımızın böyük əksəriyyəti ərəb, fars kökənlidir. Ancaq "milli təəssübkeşlər" bu adlara qadağa qoymur. Kimsə deyəcək ki, peyğəmbərin, imamların adlarını yasaqlamaq olmaz. Mən də deyirəm ki, olar. Azərbaycanda Marks, Engels, Marlen, Oktyabr, Kombayn adları ilə rastlaşdım. Yəqin ki, siz də rastlaşmısınız. Volodimir adında nə qəbahət var ki? Adam aslan kimi özündən 10 qat güclü ordunun qarşısında dayanıb... Köhnə dostuma məsləhət gördüm ki, qarşıdurmaya gərək yox, qoy o körpəyə ata-anası bir milli ad versin, sən elə Volodimir deyərsən”.

Tarix: 2 Aprel 2022, 20:27   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin