BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputatdan Bakıdakı partlayışla bağlı açıqlama: “Manipuliyasiyalara yol verməklə əhali arasında çaşqınlıq yaratmaq olmaz”

“Bakı şəhəri, Tərlan Əliyarbəyov küçəsində yerləşən gecə klubunda yanğın və dağıntı ilə nəticələnmiş partlayış hamımızı narahat etdi. Bildiyiniz kimi, hadisədən dərhal sonra aidiyyəti strukturları səfərbər etməklə dövlət üzərinə düşəni etdi və bundan sonra da edəcək. Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən həyata keçirilən axtarış-xilasetmə əməliyyatı artıq səhər saat 6-da başa çatıb, yaralılar isə həkim nəzarətindədir. Hadisənin ilkin səbəbi bəllidir, partlayış qaz sızmasından baş verib. Ona görə də, manipuliyasiyalara yol verməklə əhali arasında çaşqınlıq yaratmaq olmaz”.

 

Pravd.az-ın xəbərinə görə, bunu deputat Bəhruz Məhərrəmov bildirib.

 

B.Məhərrəmov qeyd edib ki, ölkədə ictimai qayda və təhlükəsizlik tam nəzarətdədir: “Düşünə biləcəyiniz bütün mümkün risklərdən bir neçə addım öndəyik. Təxribat xarakterli informasiyalara etibar etməyin, süni ajiotaja gərək yoxdur”.

 

Nadir

Tarix: 3 Aprel 2022, 14:51   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin