Ən son xəbərləri səhifəmizdən də izləyin

Loading...

BURADA REKLAMINIZ OLA
BİLƏR

“Ümid edək ki, rus xalqı çox keçmədən bu qəflətdən ayılacaq”

“Rusiyanın Ukraynada apardığı müharibə artıq soyqırıma çevrilməkdədir. Kiyev vilayətində və Mariupol şəhərində rus ordusunun etdiklərini yalnız İkinci Dünya Müharibəsində nasistlərin etdikləri ilə müqayisə etmək olar. Rəsmi məlumata görə Kiyev vilayətində 410 mülki şəxsi güllələyiblər. Özləri ilə mobil krematori sobalarını da mülki əhali üçün gətiriblərmiş və neçə nəfərin meyidini bu sobalarda yandırdıqları isə hələ ki, məlum deyil”.

 

Pravda.az xəbər verir ki, bunu siyasi şərhçi Azər Qasımlı bildirib.

 

“Rusiya cəmiyyəti bu gün kütləvi psixoz yaşayır. Ağlasığmazdır ki, özlərinə “Z” hərfini emblem olaraq seçiblər, bu hərfi hər yerdə çəkirlər, uşaqların saçlarını bu formada qırxırlar, lakin “Z”-nin nə məna daşıdığını bilmirlər. Hələ də bununla bağlı hər hansı doğru-dürüst bir açıqlama yoxdur. Artıq problem sadəcə avtoritarizmdə deyil, daha dərindir. Bir vaxtlar alman toplumu eyni yolu keçib. Ümid edək ki, rus xalqı da çox keçmədən, yaxın bir zamanda bu qəflətdən ayılacaq” – A.Qasımlı qeyd edib.

 

Nadir

Tarix: 3 Aprel 2022, 22:58   
Xəbər lenti
Çox oxunanlar