BURADA REKLAMINIZ OLA
BİLƏR

İmran Xanla bağlı AÇIQLAMA

Pakistan İslam Respublikasının baş naziri İmran Xan ölkə parlamentinin buraxılmasından sonra baş nazir vəzifəsindən uzaqlaşdırılsa da, yeni baş nazir təyin olunana qədər müvəqqəti olaraq bu vəzifəni icra edəcək.

 

Pravda.az xəbər verir ki, bu barədə Pakistan prezidenti Arif Alvi bildirib.

 

Pakistanın informasiya və yayım naziri Fərrux Həbibin sözlərinə görə, Pakistanda yeni parlament seçkiləri 90 gün sonra keçiriləcək.

 

Qeyd edək ki, bazar günü səhər saatlarında Pakistan prezidenti baş nazirin təklifi ilə ölkə parlamentini buraxıb. Bu, parlament sədrinin müavini Qasim Surinin konstitusiyanın 5-ci maddəsinə zidd olduğunu deyərək baş nazirə etimadsızlıq səsverməsini rədd etməsindən qısa müddət sonra baş verib.

 

Leyla

Tarix: 4 Aprel 2022, 09:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin