BURADA REKLAMINIZ OLA
BİLƏR

Aleksandr Vuçiç qalib gəldi

Serbiyada keçirilən prezident və parlament seçkilərində hazırkı prezident Aleksandr Vuçiç və hakim Serb tərəqqi partiyası birinci turda qalib gəliblər.

 

Pravda.az xəbər verir ki, Vuçiç prezident seçkilərinin birinci turunda 59,55 faiz səslə qalib gəlib. Bu, səslərin 90%-dən çoxunun hesablanmasından sonra Serbiyanın Respublika Seçki Komissiyasının rəsmi məlumatında bildirilib.

 

Məlumata görə, bülletenlərin 90,71%-nin hesablanmasından sonra Vuçiç 59,55% səslə birinci, Serbiya Baş Qərargahının keçmiş rəhbəri Zdravko Ponos 17,53% faiz səslə ikinci, 5,82% faiz səslə Miloş Yovanoviç isə 3-cü yerdə qərarlaşıb.

Serbiyada keçirilən parlament seçkilərində isə Vuçiçin rəhbərlik etdiyi hakim Serb tərəqqi partiyasının “Birgə biz hər şeyi bacarırıq” koalisiyası qalib gəlib. Bu, bülletenlərin 90,34%-dən çoxunun hesablanmasından sonra məlum olub.

 

Leyla

Tarix: 4 Aprel 2022, 10:26   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin