BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Bakıda klubda baş verən hadisəni Allahın qəzəbi və ya Rusiyanın təxribati adlandırmaq doğru deyil”

“Bakının gecə klublarının birində baş verən partlayış, əlbəttə ki, xoşagələn deyil, bədbəxt hadisədir. Təəssüf ki, bir nəfər həyatını itirib, xeyli sayda insan isə yaralanıb. Fikrimcə, bu, səhlənkarlıq nümunəsidir, çünki klubda müəyyən vasitələrdən düzgün istifadə edilsəydi, belə hadisə baş verməzdi”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib.

 

Deputat qeyd edib ki, bu bədbəxt qəzanı Allahın qəzəbi və ya Rusiyanın təxribati adlandırmaq doğru deyil: “Hazırda istintaq işi davam edir, araşdırma aparılır. Sözsüz ki, araşdırmalar yekunlaşandan sonra məsələ daha aydın olacaq. Ona görə də qabaqcadan belə fikirlər səsləndirərək çaşqınlıq yaratmağı doğru hesab etmirəm. Bu, insanları qıcıqlandırır və müəyyən hadisələrə don geyindirir. Bədbəxt hadisə hər yerdə, hər vaxt baş verə bilər. Yəni, inzibati qurumlar qəti qərara gəlməmiş həmin partlayışın təxribat olduğunu iddia etmək əsassızdır. Ölkədə təhlükəsizlik hər zaman təmin edilir. Azərbaycan vətəndaşı tamamilə təhlükəsiz ölkənin vətəndaşıdır. Məncə, təxribat olsaydı, əhalinin daha sıx toplaşdığı yerlərdə törətməyə cəhd edilərdi. Hadisə mətbəxdə baş veribsə, deməli, səhlənkarlıq ucbatındandır".

 

Nəzrin Cavid

Tarix: 4 Aprel 2022, 11:17   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin