BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputatdan klubda baş verən partlayışla bağlı açıqlama: “Allahın işinə qarışa bilmərik…”

“Bakının gecə klublarının birində baş verən bədbəxt hadisə təxribat deyil, səhlənkarlıqdır. Qaz balonundan istifadə nəticəsində partlayış baş verib. Ehtiyatlı davranmaq, məsuliyyəti artırmaq lazımdır. Hadisə ilə bağlı araşdırma davam edir”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Eldar Quliyev deyib.

 

Deputat bildirib ki, Bakıda təxribat törədilməsi fikri yanlışdır: “Azərbaycanda nə təxribat ola bilər ki?! Allaha şükür, dövlət, dövlətçilik yerində, prezident yerində… Ölkədə təxribatlar yalnız Qarabağda ermənilər tərəfindən törədilir. Onların qarşısı da, şükürlər olsun ki, Azərbaycan Ordusu tərəfindən məharətlə alınır. Qaldı ki, bu bədbəxt hadisəni Allahın qəzəbi adlandırmağa, bilmək olmaz. O kişinin (red: Allahın) işinə qarışa bilmərik. Əlbəttə ki, belə müqəddəs ayda içki, klub olmasa, daha yaxşı olardı, amma göründüyü kimi, sadəcə bədbəxt hadisədir. Fikrimcə, hər vaxt belə hadisələr baş verə bilər. Sadəcə olaraq, ehtiyatlı davranmaq və tapşırıqlara əməl etmək lazımdır. Təxribat yoxdur, Azərbaycan dövləti vətəndaşlarının təhlükəsizliyini həmişə olduğu kimi indi də tam məsuliyyətlə qoruyur”.

 

Nəzrin Cavid

Tarix: 4 Aprel 2022, 11:53   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin