BURADA REKLAMINIZ OLA
BİLƏR

Bu ölkələr Rusiyadan tam təcrid prosesinə keçəcək

Polşa, Latviya, Litva və Estoniya yaxın 48-72 saat ərzində Rusiyadan tam təcrid prosesinə keçəcək. 

Pravda.az xəbər verir ki, bu barədə Ukraynanın infrastruktur nazirinin müavini Mustafa Nayem "Teleqram" kanalında məlumat verib.

“Keçən həftə biz həmkarlarımıza Rusiya Federasiyası və Belarus Respublikası ilə istənilən avtomobil əlaqəsini dayandırmaq xahişi ilə rəsmi müraciət etdik. Bu müraciəti müsbət qarşıladıqları üçün Polşa, Latviya, Litva və Estoniyanın nəqliyyat nazirlərinə təşəkkür edirik və yekun nəticəni gözləyirik” - Nayem bildirib.

Onun sözlərinə görə, müsbət qərar qəbul olunarsa, Rusiya və Belarusla sərhədlər tamamilə bağlanacaq, bu isə öz növbəsində avtokommunikasiya və bütün daşımaların qeyri-mümkün olacağı anlamına gəlir.

Leyla 

Fotoları təqdim edirik
Tarix: 4 Aprel 2022, 13:56   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin