BURADA REKLAMINIZ OLA
BİLƏR

Qəbiristanlığın yaxınlığında əmisi oğlunu bıçaqlayan şəxs həbs edildi

Ağdaş rayonunda qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Samir Məmişovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimi Rafail Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Hökmə əsasən, S.Məmişov 3 il müddətinə azadlıqdan məhrum edilib o, məhkəmə iclas zalında həbs olunub.


Qeyd edək ki, hadisə 2021-ci il sentyabrın 1-də Ağdaş rayonunun Qaradeyin kəndində yerləşən qəbiristanlığın yaxınlığında qeydə alınıb.


Belə ki, həmin kənd sakini, 1991-ci il təvəllüdlü S.Məmişovla əmisi oğlu Paşa Məmişov arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb.


Nəticədə o, P.Məmişova bıçaqla xəsarət yetirib.


S.Məmişov polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb və istintaqa təqdim olunub.


O, Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham edilir. S.Məmişovun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri verilmişdi.

Kamal Məmmədov 

Tarix: 4 Aprel 2022, 16:17   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin