BURADA REKLAMINIZ OLA
BİLƏR

Zelenski Buçaya getdi

Ukrayna Prezidenti Volodimir Zelenski mülki əhalinin qətliamına dair sübutların tapıldığı Buçaya səfər edib.

 

Pravda.az "UNİAN"a istinadən xəbər verir ki, Zelenski Rusiyaya məxsus məhv edilmiş hərbi texnikaya baxış keçirib və yerli sakinlərlə söhbət edib.

 

O, Rusiyanın Ukraynada hərbi cinayətlər və soyqırım törətdiyini bildirib.

 

Səfər çərçivəsində BBC müxbirinin Rusiya ilə sülhü müzakirə etməyin hələ də mümkün olub-olmadığı sualına Zelenski belə cavab verib: "Bəli, çünki Ukrayna sülhə nail olmalıdır. Biz 21-ci əsrin Avropasındayıq. Diplomatik və hərbi səylərimizi davam etdirəcəyik”.

 

Leyla

Tarix: 4 Aprel 2022, 16:58   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin