BURADA REKLAMINIZ OLA
BİLƏR

ATV kanalı məhkəməyə verildi

"Azad Azərbaycan" Müstəqil Tele-Radio Kompaniyası (ATV) məhkəməyə verilib.

Pravda.az-ın əldə etdiyi məlumatına görə, şirkətin barəsində Yasamal Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında şikayət daxil olub.

Məlumatda qeyd edilib ki, ATV kanalı ilə birgə Axundov Emin Tofiq oğlu da məhkəməyə verilib.

Şirkət və E.Axundovun barəsində Cinayət Məcəlləsinin 147.1-ci (Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma) maddəsi ilə ittiham ittiham irəli sürülüb.

İş hakim Murad Məmmədov icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

 

Kamal Məmmədov 

  

Tarix: 4 Aprel 2022, 17:52   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin